Aytən Səfərova ANS-dən çıxıb? - Açıqlama

Aytən Səfərova ANS-dən çıxıb? - Açıqlama
  06 Avqust 2015    Oxunub:2728
Tanınmış teleaparıcı Aytən Səfərova ANS-dən ayrılaraq ATV telekanalına keçməsi haqda yayılan xəbərlərə aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkədəki hesabında qeyd edən aparıcı ANS-dən ayrılmadığını bildirib:

"Əziz dostlar, mənim ANS-dən çıxmağım barədə məlumat yayılıb. Qeyd etmək istəyirəm ki, mən ANS-dən çıxmamışam, hazırda bülletendəyəm, bir müddət sonra isə məzuniyyətə çıxmağa hazırlaşıram. Haqqımda başqa kanala keçdiyimə dair məlumat yayan saytları da qınamıram, çünki mənim ANS-in efirində görünməməyim bir çox mülahizələrin, müəyyən informasiyaların yayılmasına səbəb olub. Bu müddətdə də mənə saytlar, sosial şəbəkələr, telefon vasitəsilə dəstək olan hər kəsə təşəkkür edirəm".


Teqlər:





Xəbər lenti