“Yeni Həyat Şirkətlər Qrupu” bağlanmayıb - RƏSMİ

“Yeni Həyat Şirkətlər Qrupu” bağlanmayıb - RƏSMİ
  06 Avqust 2015    Oxunub:3073
"Yeni Həyat" MMC-nin başlanması ilə bağlı yayılan xəbərlər Azərbaycanın xəbər məkanında və tikinti sektorunda şok effekti yaradıb. “Yeni Həyat Şirkətlər Qrupu”na aid simvol layihələrin şəkillər ilə yayılan məlumatda bildirilirdi ki, "Yeni Həyat" MMC ləğv olunduğunu elan edib.

Mövzuya aid ilk təkzib “Yeni Həyat Şirkətlər Qrupu”-nun İctimaiyyətlə Əlaqələr Şöbəsindən gəlib. Şöbədən verilən açıqlamada yazılıb ki, “Yeni Həyat “ MMC-nin “Yeni Həyat Şirkətlər Qrupu”-na heç bir aidiyyatı yoxdur.

Şirkətdən Oxu.Az-a verilən məlumatda bildirilir ki, “Yeni Həyat “ MMC və “Yeni Həyat Şirkətlər Qrupu” MMC-ni ad oxşarlığından başqa hər hansı hüquqi və faktiki əsaslar bağlamır.

Şirkət yetkililərindən birinin müsavat.com-a verdiyi eksklüziv açıqlama da oxşar xarakterlidir.

Orada deyilir: “Saytlarda bağlanılması ilə bağlı sözü keçən “Yeni Həyat” MMC-dir və onun “Yeni Həyat Şirkətlər Qrupu” ilə əlaqəsi yoxdur. Hal hazirda “Yeni Həyat Şirkətlər Qrupu” öz fəaliyyətini davam etdirir. Şirkətimizin bağlanılması ilə əlaqədar bütün məlumatlar həqiqətə uyğun deyil”.
Şirkət yetkinlisi deyib ki, baş verən xoşa gəlməz hadisə ilə bağlı 6 avqustda xüsusi press-reliz yayılacaq.


Teqlər:





Xəbər lenti