Azay Quliyev seçicilərin tələblərini reallığa çevirir

Azay Quliyev seçicilərin tələblərini reallığa çevirir
  05 Avqust 2015    Oxunub:4671
Bu gün millət vəkili Azay Quliyev və “Şərq-Qərb” İdarəetmə İnstitunun rəhbərliyi Şirvan icra hakimiyyətində görüş keçirib.
AzVision.az xəbər verir ki, görüşdə Şirvan seçicilərinin müraciətləri əsasında millət vəkili Azay Quliyevin təşəbbüsü ilə hazırlanan infrastruktur layihələri ətraflı müzakirə edilib. Məlumat verilib ki, Şirvanda 5 infrastruktur layihəsi həyata keçiriləcək.



Bu sıraya Heydər Əliyev və Leytenant Mahmud İbrahimov küçələrində 850 ailənin yaşadığı məhəllələrdə mərasim evlərinin yenidən qurulması, Məhəmməd Əmin Rəsulzadə küçəsində 132 ailənin yaşadığı məhəllədə mərasim evinin tikintisi, Səməd Vurğun küçəsində 180 ailənin yaşadığı 2, Gülbala Şıxbalaoğlu küçəsində 175 ailənin yaşadığı 3 ictimai yaşayış binasının dam örtüklərinin təmiri, Neftçilər küçəsində 1200 sakinin yaşadığı ərazidəki 1 km məhəllədaxili yola asfalt örtüyün çəkilməsi, Bayramlı qəsəbəsində idman meydançasının tikintisi və digər məsələlər daxildir.







Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov reallaşdırılması nəzərədə tutulan layihələrin əhəmiyyətini vurğulayaraq onların həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılacağını deyib.



Daha sonra deputat Azay Quliyev, Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov, “SEDA” proqramının rəhbəri Tim Madiqan və proqramın infrastruktur layihələrinin icraçısı “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrail İsgəndərov layihələrinin həyata keçiriləcəyi yerlərə baxış keçirib və yerli sakinlərlə görüşərək fikir mübadiləsi aparıb.



Qeyd edək ki, adıçəkilən layihələrin “Azərbaycanda Sosil-iqtisadi İnkişaf Fəaliyyəti” (SEDA) proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.


Teqlər:  





Xəbər lenti