Magistraturaya müsabiqənin nəticələri bəlli oldu

Magistraturaya müsabiqənin nəticələri bəlli oldu
  05 Avqust 2015    Oxunub:1430
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələrini elan edib.
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, bakalavrlar qəbulun nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, magistraturanın boş qalan 2099 plan yerinin müsabiqəsində iştirak etmək üçün 1013 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 588 nəfər magistratura səviyyəsinə qəbul olub.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2015-ci il avqustun 14-dən 21-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidir.


Teqlər:





Xəbər lenti