Qardaş qardaşı baltalayaraq öldürdü
Xəstəxanaya çatdırılan M. Məmmədovu xilas etmək mümkün olmayıb. O, çoxlu qan itirdiyindən dünyasını dəyişib.
Beyləqan Rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, M. Məmmədov başından küt alətdən aldığı xəsarətlə xəstəxanaya daxil olub və daxil olandan bir müddət sonra dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən X. Məmmədov artıq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.