Hava sərinləşəcək - Sabahın proqnozu

Hava sərinləşəcək - Sabahın proqnozu
  05 Avqust 2015    Oxunub:2541
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az - a verilən xəbərə görə, avqustun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb və şimal küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 23-26, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.


Teqlər:  





Xəbər lenti