Bu çantaları almayın! - “I love Hacı Şahin”…

Bu çantaları almayın! - “I love Hacı Şahin”…
  05 Avqust 2015    Oxunub:3960
“Üzərində “Həcü başqadu, Yavər”, “I love Hacı Şahin” və s. sözləri yazılan məktəbli çantalarının satışı çox mənasız və ağılsız biznesdir”
Bununla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AzVision.az-a açıqlamasında bildirib ki, belə çantaların satışa çıxarılması hansısa şəxsin adının uşaqların beyninə yeridilməsi və lobbiçiliklə bağlıdır: “Ümumilikdə bu uşaqlara qarşı yönəlmiş və onların düşüncələrində, psixikasında mənfi amillər yaradan haldır. Düşünürəm ki, əhali belə bir çantaları almaqdan imtina etməlidir. Təəssüf ki, gömrük orqanları belə malları ölkəyə buraxırlar. Onlar sözsüz ki, malın təhlükəsizliyinə fikir verirlər. Lakin düşünürəm ki, onun markalanmasına da fikir vermək lazımdır. Bunlar arzuolunmaz çantalar hesab olunur. Bu məhsulların yığışdırlmasına gəlincə, qanun belə məhsulların satılmasını qadağan etmir. Sadəcə əhali imtina etməlidir və belə çantaları almalı deyil”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti