Dini komitə təkzib etdi: `Oqtay Hüseynov işdən çıxarılmayıb`

Dini komitə təkzib etdi: `Oqtay Hüseynov işdən çıxarılmayıb`
  05 Avqust 2015    Oxunub:2148
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparat rəhbəri Oqtay Hüseynovun işdən çıxarılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Amil Cavadov AzVision.az-a açıqlamasında bildirib ki, O. Hüseynov işdən uzaqlaşdırılmayıb: “Aparılan kadr dəyişikliklərinə əsasən Oqtay Hüseynov Dövlət Komitəsinin Maliyyə-təsərrüfat şöbəsinin müdiri təyin olunub və hazırda fəaliyyətini davam etdirir. Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsinə Ümumi şöbənin müdiri Alim Süleymanov təyin edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş olunur ki, Dövlət Komitəsi haqqında hər hansı bir informasiyanı yaymadan əvvəl Komitənin Mətbuat xidməti ilə dəqiqləşdirsinlər”.

Qeyd edək ki, bəzi KİV-lərdə yayılan məlumatlarda bildirilirdi ki, komitədə kadr dəyişikliyi olub və Mübariz Qurbanlı Aparat rəhbəri Oqtay Hüseynovu işdən çıxarıb.

Elvin Abdulqədirov

AzVision.az


Teqlər:  





Xəbər lenti