`Coca-Cola` qiymətləri qaldırır
C.Becel qeyd edib ki, bu ilin fevral ayında Azərbaycanda aparılan milli valyutanın devalvasiyası şirkətin məcmu gəlirlərinə nənfi təsir göstərib.
"Şirkətin satışla ilə bağlı statistik göstəriciləri artıq Antiinhisar Xidmətinə təqdim olunub. Dövlət Xidməti hesablamalar apardıqdan sonra şirkətə dəyən zərərin həcmini və mümkün artımın nə qədər ola biləcəyini bildirəcək və qiymət artımının nə qədər olacağı onda müəyyənləşəcək”, - deyə ACCB-nin baş direktoru deyib.
Baş direktor bildirib ki, ölkədə milli valyutanın devalvasiyası prosesi davam edərsə, bu, gələcəkdə şirkətin gəlirlərinə daha böyük mənfi təsir göstərə bilər.
Azərbaycanda rəqib markaların “Coca-Cola”nın satışına təsirindən danışan C.Becel bu məsələlərin satışın həcminə heç bir təsir etmədiyini və şirkətin bazardakı liderliyi qoruduğunu bildirib: “Bazarın 60%-dən çoxunun əhatəsi bir markanın əlindədirsə, digər markalarla rəqabətdə hələ narahat olmağa dəyməz”.