Xocalı soyqırımı Şimali Kipr Parlamentində
Fevralın 25-də səhər saatlarından başlayaraq ŞKTC Cümhuriyyət Məclisində “Xocalıya Ədalət” kampaniyası çərçivəsində sərgi-tədbir keçiriləcək. Şimali Kiprin millət vəkillərinin və mətbuat nümayəndələrinin iştirakı ilə baş tutacaq bu tədbir TURSAM-ın rəsmi tərəfdaşı olan Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin dəstəyi ilə keçirilir və tədbirdə Xocalı soyqırımını əks etdirən afişalar, fotolar, kitablar, bukletlər, filmlər və video çarxlar nümayiş olunacaq.
Növbəti tədbir isə 26 Fevral tarixində Şimali Kiprin paytaxtı Lefkoşa şəhərində keçiriləcək Qarabağ yürüşü olacaq. Bu yürüşdə də Xocalı ilə bağlı plakatlar nümayiş olunacaq. Şimali Kipr səfəri çərçivəsində TURSAM rəhbərliyinin bu ölkənin baş nazirlik, XİN və Parlamentində görüşləri nəzərdə tutulub.
TURSAM Strateji Araşdırmalar Mərkəzinin növbəti tədbiri 27 Fevral günü saat 15:00-da Türkiyənin Dənizli şəhərində Pamukkale Universitetində keçiriləcək. Pamukkale Universitetinin akt zalında baş tutacaq “Xocalıya Ədalət” tədbirində kitablar, fotolar, bukletlər paylanacaq, Xocalı ilə bağlı film nümayiş olunacaq.
Teqlər: