`Narahat olmayın, təxribatdır` - Qaribaşvili `Qəbələ` oyunu haqqında

`Narahat olmayın, təxribatdır` - Qaribaşvili `Qəbələ` oyunu haqqında
  10 İyul 2015    Oxunub:3677
Gürcüstan baş naziri İraqli Qaribaşvili `Qəbələ` - `Dinamo` oyununda baş verənləri təxribat adlandırıb.
AzVision.az `Qruziya- Online`a istinadən xəbər verir ki, nazirin fikrincə, bu hadisə ölkələr arasında münasibətlərə təsir etməyəcək.

Qaribaşvili vurğulayıb ki, belə fırıldaqçılar hər ölkədə var, ona görə də, Gürcüstan buna fikir verməməlidir.

`Təlaşlanmayın. Belə təxribatlar idmanda olur və mən sizə deyim ki, belə təxribat qrupları bütün ölkələrdə var.

Xatırlayırsınızsa, belə hal burda da baş vermişdi. Xüsusi təşkil edilən qrup Gürcüstanın adından hərəkət edirdi. İndi də həmin hadisələr Azərbaycanın adından təkrarlandı. Bu adi təxribatdır və heç şübhəsiz ki, bu bizim dostluq əlaqələrimizə təsir etməyəcək. Bizim ölkəzimidə təxribatçılar və fırıldaqçılar olduğu kimi o ölkədə də belə insanlar var. Bütün ölkələrdə belə insanlar var. Ona görə də biz buna diqqət yetirməməliyik və proqressi, inkişafı davam etdirməliyik`, - deyə Qaribaşvili bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti