“Gülər Əhmədovanın səhhətində heç bir problem yoxdur”

“Gülər Əhmədovanın səhhətində heç bir problem yoxdur”
  19 Fevral 2013    Oxunub:2320
Mədət Quliyev sabiq millət vəkilinin səhhətinin pisləşməsi barədə mətbuatda yayılan xəbərlərin yalan olduğunu bildirib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi, general-mayor Mədət Quliyev Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq millət vəkili Gülər Əhmədovanın səhhətinin ağırlaşması barədə mətbuatda yayılan informasiyalara münasibət bildirib.

Bu barədə APA-nın sorğusunu cavablandıran M. Quliyev qeyd edib ki, G. Əhmədovanın səhhətində heç bir problem yoxdur və o, müalicə müəssisəsinə köçürülməyib: “Bu barədə mətbuatda yayılan məlumatlar doğru deyil”.

Qeyd edək ki, G. Əhmədova haqqında Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.


Teqlər:





Xəbər lenti