Yanacaqdaşıyan maşın yanğın törətdi

Yanacaqdaşıyan maşın yanğın törətdi
  19 Fevral 2013    Oxunub:1955
Qəza yolda nəqliyyatın hərəkıtinin dayandırılmasına səbəb olub.
Kürdəmir rayonu ərazisində yanacaqdaşıyan maşının aşması nəticəsində yanğın hadisəsi baş verib. Hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral avtomobil yolunun Kürdəmir və Ucar rayonları arasındakı hissəsində qeydə alınıb.

Yanacaq daşıyan “KaMAz” markalı yük avtomobili naməlum səbəbdən aşıb, yola və ətraf əraziyə dağılan benzin böyük yanğın hadisəsinə səbəb olub. APA bildirir ki, hazırda ərazidə Ucar və Kürdəmir Dövlət Yanğından Mühafizə Hissələrinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi çalışır.

Yanğın hadisəsi səbəbindən yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Hadisə zamanı iki nəfərin yanıq xəsarətləri alaraq Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirildiyi bildirilir.



Teqlər:





Xəbər lenti