Bakıda binada yanğın: 2 nəfər təxliyyə olunub

Bakıda binada yanğın: 2 nəfər təxliyyə olunub
  24 May 2013    Oxunub:1195
Bakının Yasamal rayonunda yaşayış binasında yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində qaz sayğacı quraşdırılan zaman ani alışmadan yanğın baş verib.

Nəticədə 9 ədəd qaz, 11 ədəd elektrik sayğacı, 15 p.m elektrik və antenna kabellərinin üzlüyü yanıb.

Yanğın zamanı 2 nəfər xəsarət alıb, 26 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Teqlər:  





Xəbər lenti