İnqo Fridrix: `Bakı Münhendən yaxşıdır!`

İnqo Fridrix: `Bakı Münhendən yaxşıdır!`
  24 May 2013    Oxunub:1171
Azərbaycan Avropa mətbuatında çıxan məqalələri siyasi mövqe kimi qəbul etməməlidir.
AzVision.az xəbər verir ki, belə bir bəyanatla Avropa İqtisadiyyat Senatının prezidenti Inqo Fridrix (İngo Friedrich) Four Season” otelində keçirilən Alman- Azərbaycan Dialoq Forumu: “Azərbaycanın Avropa yolu: İrəliləyişlər və Potensiallar” adlı tədbirdə cıxış edərkən səsləndirib.

“Azərbaycan və Şərq Tərəfdaşlığı: Siyasi və İqtisadi Tərəfdaşlıq” mövzusunda çıxış edən İngo Friedrich bildirib ki, Avropa mətbuatı neqativ xəbərlərə daha çox yer verir.

“Azərbaycan haqda neqativ məlumatlar dərc edilirsə, o demək deyil ki, Azərbaycanda müsbət hal yoxdur”.

Avropa İqtisadiyyat Senatının prezidenti Bakını münhendən üstün tutub:

“Bakı ilə Münheni müqayisə edəndə sizin şəhər daha yaxşıdı. Burada ağıllı ideyalar mövcuddur”.

Qeyd edək ki,tədbir Azərbaycan Neft Şirkətinin və Almaniyanın Konrad Adenauer Stiftung təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti