Masallı fəhlələri AXCP sədrinin müavinini məhkəməyə verdi

Masallı fəhlələri AXCP sədrinin müavinini məhkəməyə verdi
  24 May 2013    Oxunub:1250
Xəbər verildiyi kimi, mayın 12-də Masallı şəhərində AXCP-nin rayon şöbəsinin yığıncağı keçirilmişdi. Yığıncaqdan 1 gün əvvəl rayon sakinləri M.Eynullayev və Y.Kazımov patiyaya üzv olmayan kənar şəxslərin də həmin tədbirə cəlb olunması üçün iş aparıblar.

Onlar partiyanın rayon şöbəsinin iclasında iştirak etmək üçün yerli fəhlələrə 15 manat pul təklif ediblər. Fəhlələrə söz verilibmiş ki, iclasdan sonra AXCP sədrinin Bakıdan gələn müavini Fuad Qəhrəmanlı hər birinə 15 manat verəcək. Lakin iclasdan sonra Fuad Qəhrəmanlının onlara heç nə vermədən Bakıya qayıtdığını görən fəhlələr etiraz eməyə başlayıblar.

Bundan sonra fəhlələrin hər birinə 5 manat verilib və vəd olunub ki, Fuad Qəhrəmanlı növbəti dəfə rayona gələndə qalan 10 manat da ödənilcək.

Amma fəhlələr aldadıqlarını başa düşüb və bu vəziyyətdən narazı qalaraq, əvvəlcə mətbuat üçün bəyanat yayıblar. Daha sonra isə mayın 23-də Fuad Qəhrəmanlıdan Masallı Məhkəməsinə şikayət ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti