Sabiq deputatlar pensiyalarını ala bilmirlər

Sabiq deputatlar pensiyalarını ala bilmirlər
  24 May 2013    Oxunub:967
Millət vəkili sabiq deputatların təqaüdündən danışıb
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev Azərbaycan Xalq Cünmhuriyyətinin yaradılmasının 95 illik münasibətilə Azərbaycan xalqını və millət vəkillərini təbrik edib.

Qüdrət Həsənquliyev bu bayramın qeyd olunmasında səbəbkar olan istiqlalçı deputatların pensiya məsələsinin hələ də həll olunmamasına diqqət çəkib.

O, bununla bağlı Milli Məclisə müraciət edərək bildirb ki, keçmiş hakimlər və digərləri təqaüd ala bildiyi halda, amma sabiq deputatlar təqaüd ala bilmir:

“Çox istərdik ki, bu məsələ öz həllini tapsın”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti