“Facebook”dan “WhatsApp”a mesaj - Yenilik

“Facebook”dan “WhatsApp”a mesaj - Yenilik
  08 Aprel 2015    Oxunub:2252
Dünyanın ən məşhur sosial şəbəkələrindən biri olan “Facebook” mesajlaşma xidməti "WhatsApp" öz tərkibinə əlavə edir.
Belə ki, artıq “Facebook” vasitəsilə “WhatsApp” mesajı göndərmək olacaq. AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu yenilik Facebookun yeni yayımlayacağı v31.0.0.7.13 versiyası ilə mümkün olacaq.

Bu yenilikdən sonra “Facebook”da “paylaş” düyməsinin yanında “WhatsApp-a göndər” seçimi də olacaq.

İşlər başa çatdıqdan sonra isə iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri Facebook tətbiq etməsini yeniləyərək bu xidmətdən istifadə edə biləcək.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti