Bakı-Quba yolunda ağır qəza: 3 ölü

Bakı-Quba yolunda ağır qəza: 3 ölü
  23 May 2013    Oxunub:1427
Bu gün axşam saatlarında Bakı-Quba yolunda, Sumqayıt Texnologiya Parkı yaxınlığında bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şahidlərinin trend-ə verdiyi məlumata görə, "KAMAZ" markalı yük maşını "10 VC 259" dövlət nömrə nişanlı "VAZ" markalı minik avtomobili ilə toqquşub.

"KAMAZ"-ın "VAZ" markalı avtomobili əzməsi nəticəsində 3 nəfərin öldüyü bildirilir.


Teqlər:  





Xəbər lenti