Düz bağırsağından narkotik çıxdı

Düz bağırsağından narkotik çıxdı
  06 Aprel 2015    Oxunub:1433
İrandan gələn azərbaycanlıdan narkotik çıxıb.
Dövlət Gömrük Komitəsindən (DGK) AzVision.az-a verilən məlumata görə, azərbaycanlının daxili orqanında heroin aşkar edilib.

Belə ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Malik Əzizovun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun daxili orqanından, düz bağırsağından 2 ədəd bükümdə, ümumi xalis çəkisi 9,621 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti