Azərbaycanlı qadın Rusiyada corabla boğuldu

Azərbaycanlı qadın Rusiyada corabla boğuldu
  18 Fevral 2013    Oxunub:2372
Rusiyada azərbaycanlı qadın kapron corabla boğularaq öldürülüb.
Rusiya mətbuatının verdiyi məlumata görə, dünən Sankt Peterburq şəhərində dəhşətli qətl hadisəsi baş verib. Adıçəkilən şəhərdə qeydiyyatı olmadan kirayədə yaşayan Azərbaycan vətəndaşı öz arvadı olan yerlisini öldürüb. "Slava" prospektində 31 yaşlı adı açıqlanmayan azərbaycanlı həmyerlisi 26 yaşlı qadını kapron corabla boğub.
Hüququ mühafizə orqanlarından verilən məlumata görə, onların heç biri işləmirmiş. Hadisəni törədən şəxs hadisə yerində saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.



Teqlər:  





Xəbər lenti