Bakıda şirkətdə ölüm hadisəsi

Bakıda şirkətdə ölüm hadisəsi
  10 Mart 2015    Oxunub:1405
Bakı sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, hadisə martın 9-da Nizami rayonunun Keşlə qəsəbəsində baş verib.

Qəsəbə ərazisində yerləşən “Komfort-S” MMC-də operator işləyən Bakı şəhər sakini İsa Hüseynov şirkət binasının damından yıxılıb.

Xəstəxanaya yerləşdirilən İ.Hüseynov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti