Tank aşdı, hərbçimiz öldü

Tank aşdı, hərbçimiz öldü
  18 Fevral 2013    Oxunub:2178
Azərbaycanda hərbi təlim zamanı ölüm hadisəsi baş verib.
Hadisə fevralın 15-də Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb. APA-nın məlumatına görə, hərbi təlim zamanı müddətdən artıq xidmət edən hərbi qulluqçu Müşfiq Qəzənfər oğlu Bəylərovun idarə etdiyi tank xəndəyə düşərək aşıb. M. Bəylərov tankdan çıxmaq istəyərkən texnikanın altında qalaraq ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin qəza nəticəsində dünyasını dəyişməsi faktını təsdiqləyib.


Teqlər:





Xəbər lenti