Azərbaycanda faciə - ana doğuş zamanı öldü

Azərbaycanda faciə - ana doğuş zamanı öldü
  14 Fevral 2015    Oxunub:2334
Siyəzəndə ana ölümü baş verib.
Hadisə Siyəzən Regional Diaqnostika Mərkəzində baş verib.

Belə ki, Şabran rayon sakini, 1975-ci il təvəllüdlü Vəsiyyə Həmidova qeysəriyyə üsulu ilə əməliyyat olunub. Qız uşağı dünyaya gəlib. Uşağın vəziyyəti normal olub.

Əməliyyatdan sonra qadının də vəziyyəti yaxşı olub. Lakin bu gün səhər saatlarında qəflətən vəziyyət dəyişib. Tibb bacısı palatada uşağı bələyən zaman qadın halının pisləşdiyini deyib.

Reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

İlkin müayinə zamanı qadına ağ ciyər iltihabı diaqnozu qoyulub.

Diaqnostikanın baş həkimi Dadaş Hümbətovun bu qadının ilk hamiləliyi olub.

Hazırda ölümün dəqiq səbəbləri araşdırılır.

(Anspress)


Teqlər:





Xəbər lenti