Bakı-Qazax yolunda qəza - iki nəfər öldü

Bakı-Qazax yolunda qəza - iki nəfər öldü
  14 Fevral 2015    Oxunub:2063
Bakı-Qazax yolunun 130-cu kilometrliyində ağır qəza baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı-Qazax yolunun 130-cu kilometrliyində, Şamaxı rayonu ərazisində vətəndaşa məxsus “LİFAN” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər avtomobildən şəxsiyyəti məlum olmayan 2 nəfərin cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 08:26-da başa çatıb.


Teqlər:  





Xəbər lenti