Bakıda ev partladı: yaralanan var

Bakıda ev partladı: yaralanan var
  31 Yanvar 2015    Oxunub:1608
Bakı şəhərinin Nəsimi rayonu, 28 may küçəsi 69-da mənzildə partlayış baş verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Mənzildə yaşayanlar evakuasiya edilib. Kənar şəxslərin daxil olması qadağan edilib. "Azəriqaz"-ın əməkdaşları qaz təchizatını dayandırıblar.

Sakinlərin sözlərinə görə, hadisə mənzillərin birində qaz sızması nəticəsində baş verib. Ilkin məlumata əsasən, bir nəfər yüngül xəsarət alıb.


Teqlər:





Xəbər lenti