Magistrantlar Şəhidlər Xiyabanını ziyarət ediblər

Magistrantlar Şəhidlər Xiyabanını ziyarət ediblər
  20 Yanvar 2015    Oxunub:2706
20 Yanvar hadisələrinin baş verməsindən 25 il keçir.

Yanvarın 19-dan 20-nə keçən gecə Mixail Qarbaçovun fərmanı ilə Sovet ordusu fövqəladə hal bəhanəsi ilə tank, pulemyot və müxtəlif silahlar ilə dinc, silahsız əhali üzərinə hücum edib. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub.

Artıq aradan 25 il keçsə də, hələ də xalq onların yolunda canlarını fəda edən şəhidlərini unutmur. Hər il minlərlə insan axın- axın qışa, soyuğa baxmayaraq ‘Şəhidlər Xiyabanı’nı ziyarət edir.

Bakı Slavyan Universitetinin magistr özünüidarəetmə qrupu olan ‘Magistrantlar Şurası’ da Şəhidlər xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib, məzarları üzərinə qərənfillər düzüblər.


Teqlər:





Xəbər lenti