Şəkidə 2 mərtəbəli ev yandı

Şəkidə 2 mərtəbəli ev yandı
  19 Yanvar 2015    Oxunub:1726
Şəkidə yaşayış evində yanğın hadisəsi baş verib.
AzVision.az-ın FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 25 km aralı Baş Göynük kəndində baş verib.

Bildirilir ki, vətəndaşa məxsus hər mərtəbəsi 190 kv.m, ümumi sahəsi 380 kv.m olan iki mərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 180 kv.m sahədə, 2-ci mərtəbədə 2 otağın yanar konstruksiyaları və ev əşyaları 90 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğınsöndürənlər tərəfindən alovun qarşısı alınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti