Yevlaxda dəhşətli qəza: qadın yanaraq öldü

Yevlaxda dəhşətli qəza: qadın yanaraq öldü
  19 Yanvar 2015    Oxunub:1464
Yevlax rayonu ərazisində iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Aran-Mingəçevir avtomobil yolunun 11-ci kilometrliyində qeydə alınıb.

Aran qəsəbəsi istiqamətində hərəkətdə olan Yevlax rayon sakini, 1979-cu il təvəllüdlü Firuz Cəfərovun idarə etdiyi “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn, Goranboy rayin sakini, 1988-ci il təvəllüdlü Həsənov Allahverdi Qədim oğlunun idarə etdiyi 22-BJ-603 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub.

Toqquşma zamanı “VAZ-2107” markalı maşın alovlanıb. Avtomobildə sıxılıb qalaraq ağır yanıq xəsarətləri alan sərnişin, sürücünün anası, Goranboy rayon sakini, 1961-ci il təvəllüdlü Həsənova Naibə Musa qızı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib.

Hadisə yerinə FHN-nin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin xilasediciləri gələrək xüsusi alət və avadanlıqların köməyi ilə avtomobildə sıxılıb qalan yaralıları çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə zamanı ağır bədən xəsarətləri alan “VAZ-2107” markalı avtomobilin sürücüsü və onun atası, 1962-ci il təvəllüdlü Həsənov Qədim Allahverdi oğlu da Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti