Azərbaycana nə qədər əcnəbi gəlib? - STATİSTİKA

Azərbaycana nə qədər əcnəbi gəlib? - STATİSTİKA
  17 Yanvar 2015    Oxunub:2941
Bu gün Dövlət Miqrasiya Xidmətində (DMX) 2014-cü ilin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.Xidmətin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib.

O, bildirib ki, əcnəbilər üçün cəlbedici ölkəyə çevrilən Azərbaycan son illər miqrasiya baxımından mənşə ölkədən tranzit və təyinat ölkəyə çevrilib. Ötən il respublikamızın sərhəd buraxılış məntəqələrində 2.269.015 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə girişinin qeydə alınması deyilən fikrin əyani nümunəsidir.

Ölkədə qalma müddətinə müvafiq olaraq onlardan 823.620 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb. Qeydiyyat üçün müraciət edənlərin sayındakı artım həm də maarifləndirmə işlərinin nəticəsi kimi qiymətləndirilib.




Teqlər:  





Xəbər lenti