Sumqayıtda yanğın, 12 nəfər xilas edildi

Sumqayıtda yanğın, 12 nəfər xilas edildi
  17 Yanvar 2015    Oxunub:2700
Sumqayıtda yaşayış binasında yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər veriri ki, Sumqayıt şəhərində, dördmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzilin döşəməsi 2 kv.m sahədə, 1 ədəd televizor və eyvanın qapısı qismən yanıb.

Yanğın zamanı mənzillərdən 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti