Özəl şirkətin maşını adam öldürdü

Özəl şirkətin maşını adam öldürdü
  15 Yanvar 2015    Oxunub:2095
Xaçmaz-Quba yolunun ikinci kilometrliyində Armudpadar kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az ans press-ə istinadən xəbər verir ki, Tərtər rayon sakini 1993-cü il təvəllüdlü Əfqan Elxan oğlu Həsənov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə Xaçmazdan Quba istiqamətinə gedərkən yolu keçmək istəyən piyadanı vurub.

Piyada Qubanın Qonaqkənd kənd sakini 1950-ci il təvəllüdlü Səhrab Mustafa oğlu Mustafayev olub. O, elə hadisə yerində keçinib.

Məlumata görə, qəza törədən avtomobil özəl şirkətlərdən birinə məxsus olub. Qəzanın baş vermə səbəbi araşdırılır.


Teqlər:  





Xəbər lenti