Sabah Sumqayıtda su olmayacaq

Sabah Sumqayıtda su olmayacaq
  15 Yanvar 2015    Oxunub:2338
Yanvarın 16-da Sumqayıt şəhərinin bəzi yaşayış massivlərinin su təchizatı məhdudlaşdırılacaq.
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Sumqayıt şəhərində magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 16 yanvar 2015-ci il tarixdə gün ərzində Sumqayıt şəhərinin 1, 2, 6, 11, 13-cü mikrorayonlarına, 4, 5, 17 və 45-ci məhəllələrinə, həmçinin Corat qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər:





Xəbər lenti