Facebookdan yeni xidmət: `Facebook at Work`

Facebookdan yeni xidmət: `Facebook at Work`
  15 Yanvar 2015    Oxunub:1911
Facebook istifadəçilərinə yeni xidmət təklif etməyə hazırlaşır. “Facebook at Work” adlanan xidmət hələ ki test rejimində sınaqdan keçirilir.

“Facebook at Work” – eyni qurumda işləyən insanların öz aralarında ünsiyyət saxlaması üçün korporativ xidmətdir. Bu xidmət şəxsi profillərdən və ümumi facebook dünyasından ayrı olacaq. Yəni işçilər ancaq öz aralarında ünsiyyət saxlaya biləcəklər.

Bir çox şirkətlər öz əməkdaşlarına iş vaxtı facebook-dan istifadə etməyi yasaqlayırlar. Ona görə də, Facebook kompaniyası bazarın korporativ sosial şəbəkə seqmentində də yerini tutmağa çalışıb.

Layihəhəyə 2010-cu ildə Facebook-a gələn Lars Rasmussen rəhbərlik edir. O, buna qədər `Google Maps` və korporativ servis olan `Google Wave` layihələrinə görə tanınmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti