Duman, çiskin, yağış olacaq

Duman, çiskin, yağış olacaq
  15 Yanvar 2015    Oxunub:1927
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacağı gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-5, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 760 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti