Bakının bir hissəsi susuz qalacaq

Bakının bir hissəsi susuz qalacaq
  14 Yanvar 2015    Oxunub:1535
Sabah Bakının Səbail rayonunun bəzi qəsəbələrində su olmayacaq.
“Azərsu” ASC-dən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri Səbail rayonu 2-ci mədən ərazisində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən 500 mm diametrli magistral su xəttinin köçürülməsi ilə əlaqədar yanvarın 15-də gün ərzində Səbail rayonunun Bibiheybət və Şıx qəsəbələrinə, həmçinin 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Teqlər:





Xəbər lenti