Bakıda yol polisini maşın vurdu - VİDEO

Bakıda yol polisini maşın vurdu - VİDEO
  14 Yanvar 2015    Oxunub:2821
Bakıda yol polisini maşın vurub.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Anspress-ə hadisə şahidləri veriblər. Şahidin sözlərinə görə, hadisə ötən gün səhər saatlarında qeydə alınıb. Belə ki, Caz mərkəzin qarşısında, Rəşid Behbudov küçəsində işıqforun yaşıl işığında gözləyərkərn qarşıdan kapotunda polis olan maşın gəldiyini görüb. Avtomobil bir neçə metr polisi sürüklədikdən sonra o yerə düşüb.

Sürücü isə ona yardım etmək əvəzinə sürətlə uzaqlaşıb. Bu zaman polis maşını da onu izləməyə başlayıb.

Baş verənlər avtomobildəki videoreqistratorla anbaan lentə alınıb.

Videonun 45-ci saniyəsindən sonra həmin görüntüləri izləyə bilərsiniz.




Teqlər:





Xəbər lenti