Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
  14 Yanvar 2015    Oxunub:1442
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-3, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 770 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti