32 nəfəri həbs etdilər

32 nəfəri həbs etdilər
  14 Yanvar 2015    Oxunub:1494
Yanvarın 12-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 82 cinayət faktından 34-nün üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 10 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 32 nəfər tutulub




Teqlər:  





Xəbər lenti