Sabah bəzi rayonlar qazsız qalacaq

Sabah bəzi rayonlar qazsız qalacaq
  13 Yanvar 2015    Oxunub:1666
Yanvarın 14-də saat 10-dan 18-dək “Qaz İxrac” idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Təzə qanlı göl” və “Mehdiabad”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Şəmkir SES” qazpaylama stansiyalarında təmir işləri aparılacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, təmir müddətində Şəmkir rayonunun Kür SES qəsəbəsi, Mahmudlu, Qapanlı, Yuxarı Keçili, Aşağı Keçili, Yuxarı Bitli, Aşağı Bitli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhərinin Yasamal rayonunun və Abşeron rayonunun Mehdiabad qəsəbəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

https://azvision.az/redirect.php?url=http://azertag.az/xeber/824456


Teqlər:  





Xəbər lenti