Bakılı arvadı türk prodüsseri məhkəməyə verdi

Bakılı arvadı türk prodüsseri məhkəməyə verdi
  13 Yanvar 2015    Oxunub:2692
Azərbaycanda bir sıra məşhur telelayihələrə imza atan tanınmış türkiyəli prodüser Kemal Cenk İçten məhkəməyə verilib.
AzVision.az xəbər verir ki, prodüsserin məhkəməyə verilməsinin səbəbi alimentin artırılması ilə bağlıdır. Məhkəmənin ilk iclası Bakı Apellyasiya Məhkəməsində yanvarın 7-də baş tutub. Prodüsseri məhkəməyə verən isə İçten Nigar Bəylər qızıdır.

N.İçten Kemal Cenk İçtendən alimentin artırılmasını tələb etsə də, həmin iclas təxirə salınıb. Növbəti iclas isə yanvarın 16-da hakim İkram Şirinovun sədrliyi ilə baş tutacaq.

Qeyd edək ki, Nigar İçten prodüsserin keçmiş həyat yoldaşıdır. Onun Dəniz adında oğlu var. Hazırda Kemal Cenk İçten azərbaycanlı model Minarə Allahverdiyeva ilə evlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti