Polis təslim ol dedi, özünü bıçaqladı

Polis təslim ol dedi, özünü bıçaqladı
  13 Yanvar 2015    Oxunub:2640
Gecə saatlarında paytaxtın Xətai rayonunda polisə təslim olmaq istəməyən şəxs özünü bıçaqlayıb.
Hadisə Aşıq Qərib küçəsi, ev 25 ünvanında qeydə alınıb.

37-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi axtarış əməliyyatı nəticəsində bir il bundan əvvəl Yevlax rayonunun Tanrıqullar kəndində həmyerlisi Asif Məmmədzadəni xuliqanlıq zəminində bıçaqladığı üçün axtarışda olan 23 yaşlı Pərviz Mirzəyevi “NZS“ qəsəbəsində saxlamaq istəyərkən şübhəli şəxs özünə xəsarət yetirib.

Bölmənin əməkdaşları cinayət törətdiyinə görə, bir il axtarışda olan Pərviz Mirzəyevi yaralı vəziyyətdə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırıblar. Dərhal əməliyyata götürülən yaralının həyati təhlükəsi aradan qaldırılıb.

Xəstəxanadan verilən məlumata görə Pərviz Mirzəyevin vəziyyəti ağır stabil olaraq qalır.

Faktla bağlı cinayət işi açılıb , araşdırmalar davam etdirilir.


Teqlər:  





Xəbər lenti