Bakıda partlayış: 4 yaralı

Bakıda partlayış: 4 yaralı
  12 Yanvar 2015    Oxunub:1486
Bakı şəhər sakini Şahmar Namazova məxsus mənzildə təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanvarın 11-də saat 02.30 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Şahmar Namazova məxsus mənzildə təbii qazın sızmasından yanğına keçən partlayış baş veribr. Nəticədə 60 kvm. sahədə ev əşyaları yanıb, orada kirayədə yaşayanlar - Bakı şəhər sakinləri Şaiq Aşurov, onun arvadı Xalidə, oğlu Rəvan və Rusiya Federasiyası vətəndaşı Elşən İsmayılov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.


Teqlər:





Xəbər lenti