Polis əməkdaşı qəza törətdi - FOTO

Polis əməkdaşı qəza törətdi - FOTO
  12 Yanvar 2015    Oxunub:2197
Binəqədi rayonu ərazisində yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə zamanı Azadlıq prospekti ilə Rəsulzadə qəsəbəsi istiqamətində hərəkətdə olan "Nissan" markalı minik maşını yol kənarındakı səkilərə çırpılıb. Sürət yüksək olduğundan, "Nissan" yolun ortasına aşıb. Hadisədən sonra sürücü qəza baş verən yerdən yayınıb. Əraziyə cəlb olunan yol patrul xidmətinin əməkdaşları maşına baxış keçiriblər. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya düşən maşını idarə edən sürücü polis əməkdaşıdır. Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsində aparılacaq araşdırmaların sonunda maşının sahibinin kimliyinə və qəzanın səbəblərinə aydınlıq gətiriləcək.


Teqlər:  





Xəbər lenti