Biz terrorçuyuqsa, siz kimsiniz?

Biz terrorçuyuqsa, siz kimsiniz?
  10 Yanvar 2015    Oxunub:4597
Anar Rüstəmov

Parisdə törədilən terror aktı bütün dünyanı dəhşətə gətirdi. Şimaldan-cənuba, şərqdən-qərbə hər kəs "Charlie Hebdo” qətliamından danışır. 12 jurnalistin öldüyü Paris faciəsi sözün əsl mənasında dünya gündəmini zəbt edib. Daxili intriqalardan cana gələn ac mətbuatımız da bu mövzuda eninə-boluna xəbərlər tirajlayır, versiyalar irəli sürür, açıqlamalar yayır.


Bir sözlə, bu olaydan sonra gündəm 360 dərəcə dəyişib: İŞİD-in İraqda baş kəsməsi, azyaşlı qızların su qiymətinə satılması, ABŞ-da qaradərililərin öldürülməsi, Suriyada yüzlərlə müsəlmanın qətlə yetirilməsi, neftin qiymətinin işıq sürətilə ucuzlaşması, Qərbin Rusiyanı çökdürməsi və s. bu kimi qlobal məsələlər sanki dünyanı maraqlandırmır. Diqqətlər yönəlib Parisə...

Fransanın paytaxtında İslam peyğəmbərini ələ salan redaksiyada baş verənlərə müxtəlif adlar da qoyuldu: “Paris soyqırımı”, “İslam dəhşəti”, “Əsrin ən qanlı olayı”, “Müsəlmanların qaniçənliyi...” və s. ilaxır. Bu “bəy tərifiləri”ni xeyli artırmaq olar.

Yenə hədəf Məhəmmədin dini və müsəlmanlar oldu. Bu, gözlənilən idi və xristianların tətiyi bu dəfə də üstümüzə yönəldi.

Mətbuat səhifələrindən tutmuş sosial şəbəkələrə kimi ittihamların ardı-arası kəsilmir, müsəlmanlar söyülür, təhqir edirlir, alçaldılır. Yenə başımızı aşağı salıb, sanki Parisi biz partlatmışıq kimi ağzımıza su alıb oturmuşuq. İçimizdən biri çıxıb demir ki, “ay fransız qardaş sizin ölkənizdə kimsə qətl törədibsə, niyə bunu bütün müsəlmanların ayağına yazırsınız, axı bizim günahımız yoxdur...”

Bəs, biz nə edirik? SUSURUQ...

Bəli, susuruq, bəlkə də özümüzü müdafiə etməyə gücümüz çatmır, bəlkə də sözümüz yoxdur deyə.. Elə hey susuruq, “cənablar, düz deyirsiniz, biz terroristik” deyə boynumuzu büküb susuruq. 11 senyabrda üstümüzə vurulan damğanı qəbul etmiş kimi...

Niyə, sizcə müsəlmanlar bu qədər acizdirlərmi?

Təbii ki, “yox”deyəcəksiniz: Suriyada gözünü qırpamadan baş kəsən, “qan içən” İŞİD-çilər də axı İslam dininin daşıyıcılarıdır. Onların timsalında müsəlman ümməti aciz, qorxaq ola bilməz.

Nə yazıq ki, Avropada 12 jurnalistin ölümündə bizlər nə qədər aciz olduğumuzu göstərdik. Bu dəfə də uduzan tərəf biz olduq. Müsəlmanları qutuda ilan kimi görən Qərb diplomatları və xristian ambisiyası Parisdə bizi məğlub etdi. "Charlie Hebdo” xristianların müsəlmanlar üzərində “zəfəri” kimi tarixə yazıldı.

Amma yox... Yetər!

İslamafobiya, dini tolerantlıq, insan haqlarını əlində bayraq tutanlara deməyə sözümüz çoxdur. Ən azından Parisdə dini mənsubiyyəti, əqidəsi bilinməyən bir neçə nəfərin hansısa redaksiyanı partlatması, həmkarlarımızı öldürməsi ürəkaçan olmadığı kimi, bu olayı bütün müsəlmanların üstünə ləkə kimi yaxmaq da vicdansızlıqdan başqa bir şey deyil.

Mən də müsəlmanan, Kəlmeyi-şəhadət gətirib Məhəmməd dininin daşıyıcısıyam, məgər mən də caniyəm, qatiləm, terrorçuyam? Mənim timsalımda tanıdığım, dostluq etdiyim onlarla müsəlmanın Parisdə baş verənlərlə nə əlaqəsi var? Onlarda terroristdirlərmi?

Yəqin ki, utanmadan, çəkinmədən həyasızcasına bu suala: `Bəli, müsəlmansa sən də terroçusan` deyə cavab verəcəksiniz. Sizin Tanrı dediyiniz ALLAH şahiddir ki, haqqımıza girisiniz cənablar, üstümüzə şər atırsınız...

...Yox, bu dəfə susmayacağıq. Bəlkə biz də sizin yolunuzu tutaq. Bəlkə biz də sizin kimi davranaq. Əgər bizə terrorçu deyirsinizsə, qoy biz də sizə Hollandiyadakı mavilərin xatirinə `mavi`, Braziliyadakı fahişələrin könlü xoş olsun deyə `fahişə` deyək. Bu `kamplimentləri` bəyənmirsinizsə, sizə yapışdıracaq yağlı namələrimiz, şanlı təriflərimiz də var. Hələ bu harasıdır....

Nə deyirsiniz? Xoşunuza gəldimi, cənablar?

İndiyədək susuruqsa o demək deyil, qorxuruq, günahkarıq, deməyə sözümüz yoxdur. Əmin olun ki, sizə deməyə sözümüz çoxdur, həm də lap çox. Günahımız müsəlman olmaqdırsa, sizin də günahınız bizdən az deyil.

İnciməyin, bunları sizə xatırlatmaq məcburiyyətindəyəm: Bir az yaxın tarixi vərəqləyin, Əfqanıstanda, İraqda öldürdüyünüz minlərlə günahsız müsəlmanı düşünün. Onların qatili siz xristianlar deyildinizmi? Cibinizi doldurmaq üçün, qarnınızı şişirtmək üçün Misirdə, Liviyada, Suriyada axıtdığınız qanları da bir anlıq yadınıza salın. Başsız qoyduğunuz ailələri, yetim günə saldığınız müsəlman uşaqları da yadınıza salın.

Hələ İsrailin Fələstində törətdiyi dəhşətləri demirəm. Onları da sizin dostlarınız edib. İstəyisinizsə, sizə yada salacaq tarixlərimiz, vermək istədiyimiz çox suallarımız var.

Əmin ola bilərsiniz ki, biz terrorçuyuqsa, siz qatil, cani, vəhşisiniz.

Xocalıda bir şəhəri al qana boyayan, yüzlərlə günahsız azərbaycanlını vəhşicəsinə qətlə yetirən erməni dığaları da sizin din qardaşlarınızdır. Bəli, tarixin ən böyük soyqırımına sizlər imza atmısınız. Bir milyondan çox azərbaycanlını evindən-eşiyindən didərgin salan da sizlərsiniz.

Budurmu sizin ədalətiniz, haqqınız, cənablar?!

Parisdə öldürülən 12 jurnalistə görə bütün dünyanı ayağa qaldıra bilirsiniz, niyə bir dəfə də olsa Xocalı dəhşətini dilə gətirmirsiniz?

Nə demək istəyirsiniz, bəyəm 12 fransızın qanı Xocalıda ölənlərdən dəyərlidir?

P.S: Çox istərdim ki, bu suala fransız, erməni, rus deyil, sapı özümüzdən olan baltalar cavab versinlər. Buyurun...


Teqlər:  





Xəbər lenti