Qarabağla bağlı siyasi bəyanat

Qarabağla bağlı siyasi bəyanat
  15 Fevral 2013    Oxunub:2476
Rumıniya parlamentində “Dağlıq Qarabağ münaqişəsi” adlı siyasi bəyanat verilib.
Rumıniya parlamentində Demokrat Liberal Partiyası fraksiyası tərəfindən “Dağlıq Qarabağ münaqişəsi” adlı siyasi bəyanat verilib. Bəyanatı deputat Luçian Militaru parlamentin kürsüsündən səsləndirib. O, hazırda Dağlıq Qarabağ və ətrafındakı 7 rayon daxil olmaqla Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğal olduğunu diqqətə çatdırıb. Deputat Xocalı şəhərində xüsusi amansızlıqla Azərbaycanlılara qarşı soyqırım törədildiyini qeyd edərək, beynəlxalq ictimaiyyət tərəfindən bu aktın insanlıq əleyhinə cinayət kimi tanınmasının vacibliyini vurğulayıb. Beynəlxalq səviyyədə Azərbaycan sərhədlərinin toxunulmazlığı, ölkəmizin ərazi bütövlüyü və suverenliliyinin dəstəklənməsinin zəruriliyi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edilib.


Teqlər:





Xəbər lenti