Şiələr polislə toqquşdu - VİDEO

Şiələr polislə toqquşdu - VİDEO
  15 Fevral 2013    Oxunub:2319
Bəhreyndə qarşıdurmalar davam edir.
Sünnilərin idarə etdiyi Bəhreyndə etiraz aksiyaları zamanı öldürülmüş 15 yaşlı şiə oğlanın dəfnində toqquşma baş verib. Polis mərasim iştirakçılarına qarşı gözyaşardıcı qaz və səksəndirici qumbaralardan istifadə edib.
Əllərində Bəhreyn bayraqları yelləyən minlərlə adam paytaxt Manamanın cənubunda Sitra adasında yas mərasimində toplaşıblar.
Mitinq Bəhreynin əsas müxalif qüvvələrindən olan, şiə Əl-Vifak cəmiyyətinin təşəbbüsü ilə baş tutub.
Bəhreyn Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, qarşıdurmalarda bir nəfər polis və bir nümayişçi yaralanıb.
Xatırladaq ki, 2011-ci il boyu təhlükəsizlik qüvvələri nümayişçilərlə toqquşublar. Tunis və Misirdə baş verən xalq üsyanlarından ilham alan bəhreynlilər demokratiya tələb edirlər. Bəhreyndə cərəyan edən toqquşmalarda bir polis daxil olmaqla azı 35 adam həlak olub.




Teqlər:  





Xəbər lenti