Kir Starmerin kreslosu laxlayır

   Kir Starmerin kreslosu laxlayır
  11 Fevral 2026    Oxunub:1212
Böyük Britaniyanın baş naziri Kir Starmer amerikalı maliyyəçi Ceffri Epşteynlə dost olan Piter Mandelsonun ABŞ-yə səfir təyin edilməsi ilə bağlı qalmaqal fonunda istefa verməlidir.
AzVision.az xəbər verir ki, “Politico” və “Public First” tədqiqat şirkətinin birgə sorğusunun nəticələrinə əsasən, britaniyalıların əksəriyyəti belə düşünür.

Britaniyalıların ən azı 52%-i baş nazirin getməli olduğunu, 19%-i isə onun qalmasını, lakin müşavirlərinin istefaya getməli olduğunu bildirib. Onun istefasını tələb edənlərin 47%-i hökumət rəhbərliyində dəyişiklik üçün Mandelson qalmaqalından başqa başqa səbəblərin də olduğunu deyirlər.

Epşteyn işi | Starmer də hədəfə alındı
Fevralın 6-dan 9-dək keçirilmiş onlayn sorğuda 18 və daha yuxarı yaşda olan 2000-dən çox Böyük Britaniya vətəndaşı iştirak edib.

Bununla belə, fevralın 10-da Kir Starmer hökumətinin üzləşdiyi kəskin böhrana baxmayaraq, vəzifəsində qalmaq niyyətini bir daha təkrarlayıb.

Xatırladaq ki, böhran Böyük Britaniyanın baş nazirinin Piter Mandelsonu Vaşinqtona səfir təyin etmək qərarından qaynaqlanıb. Daha sonra Mandelson vəzifəsindən azad edilib və onun Ceffri Epşteynlə əlaqələri ilə bağlı araşdırmalara başlanılıb. Böyük Britaniyanın baş naziri öz səhvini etiraf etsə də, müxalifətin çağırışlarına və öz partiyasının daxilindəki tənqidlərə baxmayaraq, istefa verməkdən boyun qaçırıb.

Qalmaqaldan sonra Mandelsonun namizədliyini irəli sürən baş nazirini aparat rəhbəri Morqan Maksuini və Kir Starmerin kommunikasiyalar üzrə direktoru Tim Allan istefa veriblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Epşteyn   Starmer   istefa  



Xəbər lenti