"Qazprom" son 30 ildə ən böyük neft yatağını üzə çıxarıb

   "Qazprom" son 30 ildə ən böyük neft yatağını üzə çıxarıb
  11 Fevral 2026    Oxunub:927
Rusiyanın "Qazprom Neft" şirkəti ölkənin şimalında – Yamalo-Nenets Muxtar Dairəsinin Arktika zonasında 55 milyon ton neft ehtiyatına malik yataq aşkarlayıb.
Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu kəşf son 30 il ərzində tapılmış ən böyük neft yatağıdır. Yatağa rus geoloq Aleksey Kontoroviçin adı verilib.

"Qazprom Neft"in İdarə Heyətinin sədri Aleksandr Dyukovun sözlərinə görə, bu kəşf göstərir ki, Rusiyanın resurs bazası hələ tamamilə öyrənilməyib: "Yeni yatağın işlənməsi üçün proqram hazırlanacaq, habelə sahədə əlavə kəşfiyyat işləri aparılacaq. Bu yataq Rusiyanın 2050-ci ilədək enerji strategiyası məqsədinə çatmağa töhfə verəcək".

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   neft   kəşf  



Xəbər lenti