Türkiyə nüvə stansiyası tikəcək

Türkiyə nüvə stansiyası tikəcək
  15 Fevral 2013    Oxunub:2127
BBEP-1200 tipli reaktorlara malik dörd enerji blokunun daxul olduğu ilk AES Rusiya layihəsi əsasında tikiləcək.
Türkiyədə "Akkuyu" ilk Atom Eleketrik Stansiyasının tikintisi üzrə işlərə 2014-cü ilin əvvəlində başlanacaq. Bu barədə "Akkuyu NGS A.Ş." şirkətinin baş direktoru Aleksandr Superfin "Vatan" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, layihənin ətraf mühitə təsiri haqqında hesabat hazırlanır.
"Akkuyu" AES-də elektrik enerjisinin istehsalına 2020-ci ildən başlayacağı gözlənilir. Stansiyanın hər blokunun gücü 1200 meqavatt, ümumi gücü 4800 meqavatt təşkil edəcək. Blokların bir illik ara ilə ardıcıl olaraq istismara veriləcəyi güman edilir.
AES-in tikintisində Türkiyənin payı 7,5 milyard dollar təşkil edir. Layihənin ümumi dəyəri 20 milyard dollardır. O bildirib ki, layihəyə artıq bir milyard dollardan artıq sərmayə qoyulub.
BBEP-1200 tipli reaktorlara malik dörd enerji blokunun daxul olduğu ilk AES Rusiya layihəsi əsasında tikiləcək.


Teqlər:





Xəbər lenti